• Bakı 11° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

"Azərbaycan bizə qaz verə bilməyəcəyi ilə bağlı xəbərdarlıq edib" - Vuçiç

İQTİSADİYYAT

11 Yanvar 2025 | 18:35 | Müəllif: Subhan Mahmudov

"Azərbaycan bizə qaz verə bilməyəcəyi ilə bağlı xəbərdarlıq edib" - Vuçiç

Azərbaycan Serbiyaya qaz verə bilməyəcəyi ilə bağlı xəbərdarlıq edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Serbiya prezidenti Aleksandar Vuçiç bildirib.

O, ABŞ dövlət katibinin idarəetmə və resurslar üzrə müavini Riçard Verma ilə görüşündən sonra keçirilən mətbuat konfransında deyib: "Biz azərbaycanlı qardaşlarımızdan və dostlarımızdan bildiriş aldıq ki, daha yüksək güclər və “Şahdəniz” yatağındakı problemlər səbəbindən bu gündən aldığımız gündəlik 1,7 milyon kubmetr qazın verilişi dayandırılacaq".

Vuçiç həmçinin bildirib ki, qazın nə vaxt bərpa olunacağı məlum deyil. /Unikal


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026