• Bakı 4° C

    0.86 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

İş adamlarının siyahıya alınmış əmlakları hərraca çıxarılır

İQTİSADİYYAT

10 Fevral 2025 | 09:37

İş adamlarının siyahıya alınmış əmlakları hərraca çıxarılır

Fevralın 28-də, saat 11:00-da İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri vergi ödəyicilərinin siyahıya alınmış daşınar və daşınmaz əmlaklarının satışı üzrə hərrac keçirəcək.

Bakıvaxtı.az quruma istinadən xəbər verir ki, hərrac Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) olacaq.

Hərraca 9 nəqliyyat vasitəsi, 4 avadanlıq, 2 torpaq sahəsi, 1 qeyri-yaşayış binası və 1 qeyri-yaşayış sahəsi olmaqla 17 əmlak çıxarılacaq. Əmlaklara 6 min manatdan 1 milyon manata qədər qiymət qoyulub.

Hərraclarda iştirak etmək istəyən şəxslər lazımi sənədləri fevralın 21- nə qədər Əmlak Xidmətləri Məkanına təqdim etməlidirlər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026