• Bakı 11° C

    4.22 m/s

  • USD - 1.7

    EUR - 1.8526

    RUB - 1.9891

Azərbaycan-Şimali Makedoniya enerji əməkdaşlığı daha da dərinləşəcək

İQTİSADİYYAT

12 Mart 2025 | 09:12

Azərbaycan-Şimali Makedoniya enerji əməkdaşlığı daha da dərinləşəcək

​​​​​Şimali Makedoniya Prezidentinin Azərbaycana səfəri ölkələr arasındakı münasibətlərin daha da dərinləşməsinə töhvə verəcək.

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, artıq ölkələr arasında energetika sahəsində əməkdaşlığa başlanılıb.

Deputat nəzərə çatdırıb ki, Azərbaycan qazı 2024-cü ilin sonlarında Şimali Makedoniyanın bazarına çatdırılmışdı və bu il enerji əməkdaşlığı daha da dərinləşəcək. İki ölkə arasındakı münasibətlərin son illər daha da inkişaf etməsi müşahidə olunur.

V.Bauramov qeyd edib ki, Şimall Makedoniya Azərbaycan ilə enerji əməkdaşlığını daha da genişləndirmək istəyən Avropa ölkələrindədir. Azərbaycanın isə tərəfdaş ölkələrə daha çox qaz ixrac etmək imkanları var.

"Azərbaycanın Avropaya qaz ixracatı 2024-cü ildə 8.6 faiz artaraq 12.9 milyard kubmetrə çatıb. Ötən il ölkəmizdə 50,3 milyard kubmetr təbii qaz hasil edilib. 2023-cü il ilə müqayisədə hasilat 2 milyard kubmetr artıb.

Qeyd edək ki, 2024-cü ildə Azərbaycan tarixində ilk dəfə olaraq mavi qaz hasilatı illik 50 milyard kub metrdən çox olub. Bu isə ölkəmiz üçün daha çox ixrac imkanları deməkdir. Hazırda Azərbaycan regionun 12 ölkəsinə mavi qaz nəql edr.

Mavi qaz ixracatı dövlət gəlirlərini artırmaqla yanaşı, ölkəmizin geo-siyasi mövqeyini daha da möhkəmləndirərək regionun enerji təhlükəsizliyinin güclənməsində Azərbaycanın rolunu gücləndirir. Bu Şimali Makedoniya daxil olmaqla tərəfdaş ölkələr ilə yeni əməkdaşlıq imkanları deməkdir",-deyə millət vəkili vurğulayıb.

Mina Mikayılova


SON XƏBƏRLƏR