2024-cü ildə 165 uşaq (81 oğlan və 84 qız) övladlığa verilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosal Müdafiəsi Nazirliyinin məlumatında bildirilib.
Övladlığa götürülənlərdən 35-i uşaq müəssisələrindən, 80-i qohumları tərəfindən, 41-i ögey valideyn tərəfindən, 8-i valideynlərarası razılıq əsasında, 1-i əcnəbilər tərəfindən övladlığa götürülən uşaqlardır.
Hazırda 23 sosial xidmət müəssisəsində (17-si dövlət, 6-sı özəl) 1313 valideyn himayəsindən məhrum olmuş uşaq məskunlaşıb. Onlardan 778-i oğlan, 535-i qız uşaqlarıdır.
Keçən il valideyn himayəsindən məhrum olmuş 268 uşaq (133 qız və 135 oğlan) uçota alınıb.
Övladlığa götürülmüş uşaqlarla bağlı 1241 monitorinq aparılıb. Onlardan 24 uşağın monitorinqi səfirliklər, e-poçt və elektron tətbiqlər vasitəsilə həyata keçirilib.
Reinteqrasiya tədbirləri nəticəsində 216 uşaq ailələrinə qaytarılıb.
2024-cü ildə 271 uşaq müəssisələrə yerləşdirilib, 301 uşaq isə müəssisələri tərk edib. 182 uşağın müəssisələrə düşməsinin qarşısı alınıb və ailə himayəsində qalması məqsəduyğun hesab edilib.