Elm adamları beynin deqradasiyaya başladığı yaşı açıqlayıblar.
Bakıvaxtı.az xəbər verir ki, amerikalı tədqiqatçılar iddia edirlər ki, orta hesabla 44 yaşında beynimiz və düşüncələrimiz pisləşməyə başlayır. Bunu 19 min nəfər arasında aparılan genişmiqyaslı araşdırma göstərib. Məhz bu yaşda degenerasiya nəzərə çarpır və 67 yaşında ən yüksək həddə çatır. Alimlər deyirlər ki, 90 yaşa qədər beynin qocalma sürəti yavaşlayır.
Təhlil aparan komanda bu azalmanın potensial əsas səbəbini də müəyyən edə bilib: neyronlarda insulin müqaviməti. Tədqiqatın müəlliflərinin fikrincə, orta yaşda beyin enerji çatışmazlığı yaşayır: neyronlar resurs çatışmazlığı səbəbindən stress keçirir, lakin həyat qabiliyyətini saxlayır.