• Bakı 14° C

    0.97 m/s

  • USD - 1.7

    EUR - 1.9315

    RUB - 2.042

Gürcüstan nömrəsi ilə Tərtər sakininin 15 mini oğurlandı

CƏMİYYƏT

10 Aprel 2025 | 20:46

Gürcüstan nömrəsi ilə Tərtər sakininin 15 mini oğurlandı

Bank kartları ilə əlaqəli olan zənglərə, mesajlara cavab verməyin — danışmayın, yazışmayın, bloklayın.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev paylaşım edib.

"Bu gün Tərtər sakinini də eyni üsulla — “bank kartınıza müdaxilə var, hesabınızda olan vəsaitin qorunması üçün tələb olunan qaydalara uyğun göndərilən kodu təsdiqləyin, zəhmət olmasa…”. Gürcüstan nömrəsi ilə danışıq aparan naməlum şəxsin bütün dediklərini həyata keçirən zərərçəkmiş heç bir etiraz etmədən 15.580 manat pulun onlayn oğurlanmasına “köməyini” əsirgəməyib. Bir daha hər kəsdən xahiş edirik, tövsiyə edirik, bank, hansısa başqa təşkilat, mobil telefon operatorları adından — fərqi yoxdur,kim olursa olsun sizdən göndərilən kodu təsdiqləməyi, əlavə başqa məlumatları istəyirsə verməyin, bloklayın, əmin olun ki, yalandır", - deyə o bildirib.


SON XƏBƏRLƏR

17 Aprel 2025