Bu gün Tofiq Yaqublu ailəsinin, xüsusilə, qızı Nigar Yaqublunun təkidli xahişləri ilə aclığı dayandırdı. Orada onun təlimat üzrə ilkin qidalanması aparıldı, venadaxili nutritiv infuziya edildi. Lazım olan dərman preparatları köçürüldü.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə həbsdə olan Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun həkimi Adil Qeybulla sosial media hesabında məlumat verib.
Onun sözlərinə görə, 40 günlük aclığın nəticələrini aradan qaldırmaq üçün T.Yaqublunun müalicə tədbirlərinə ehtiyacı var:
"Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin həkimləri də mənimlə tibbi manipulyasiya proseslərində iştirak edirdilər. Tibb Baş İdarəsinin rəhbərliyinə və həkimlərin hər birinə minnətdarlıq hissimi ifadə etməyi özümə borc bilirəm".