• Bakı 21° C

    3.52 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1054

Azərbaycandakı dini konfessiyaların rəhbərləri Ulu Öndərin məzarını ziyarət ediblər

CƏMİYYƏT

10 May 2025 | 15:08

Azərbaycandakı dini konfessiyaların rəhbərləri Ulu Öndərin məzarını ziyarət ediblər

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü qeyd olunur.

QMİ-dən Bakıvaxtı.az-a bildirilib ki, bu münasibətlə martın 10-da Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə və Azərbaycanda fəaliyyət göstərən Dini Konfessiyaların Məşvərət Şurasının üzvləri, din xadimləri Ulu Öndərin Fəxri xiyabandakı məzarını ziyarət ediblər.

Ümummilli Lider Heydər Əliyevin məzarı önünə gül dəstələri qoyulub, xatirəsi ehtiramla anılıb, ruhuna dualar oxunub.

Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı önünə gül dəstələri düzülüb.


SON XƏBƏRLƏR