Ukrayna mayın 12-dən etibarən 30 günlük atəşkəs rejiminə riayət etməyə hazır olduğunu açıqlayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə özünün "X" sosial şəbəkəsindəki hesabında Ukraynanın xarici işlər naziri Andrey Sibiqa yazıb.
Onun sözlərinə görə, bu təklif Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Fridrix Merts, Böyük Britaniyanın baş naziri Kir Starmer, Polşanın baş naziri Donald Tusk, ABŞ prezidenti Donald Tramp və Volodimir Zelenski arasında birgə telefon danışığı zamanı təqdim olunub.
"Ukrayna və onun bütün müttəfiqləri bazar ertəsindən başlayaraq ən azı 30 gün quruda, havada və dənizdə tam və qeyd-şərtsiz atəşkəsə hazırdır. Əgər Rusiya razılaşarsa və effektiv monitorinq təmin olunarsa, davamlı atəşkəs və etimadın möhkəmləndirilməsi tədbirləri sülh danışıqlarına yol aça bilər", - o yazıb.