• Bakı 24° C

    2.03 m/s

  • USD - 1.7

    EUR - 1.94

    RUB - 2.1438

Hindistanda konteyner gəmisi partladı: Ölənlər var

DÜNYA

09 Iyun 2025 | 16:10

Hindistanda konteyner gəmisi partladı: Ölənlər var

Hindistanın cənubundakı Kerala əyaləti sahillərində Sinqapur bayrağı altında üzən MV WAN HAI 503 konteyner gəmisində partlayış baş verin.

Bakıvaxtı.az xəbər verir ki, gəminin göyərtəsində olan 5 dənizçi yaralanıb, 4 nəfər itkin düşüb.

Gəmi Kolombodan (Şri-Lanka) Mumbay limanına doğru gedirmiş və oraya iyunun 10-da çatmalı idi. Konteyner gəmisi Koçin limanından keçərkən göyərtəsində partlayış baş verib, daha sonra yanğın başlayıb.

Ümumilikdə gəmidə 22 ekipaj üzvü olub. Partlayışın səbəbi və konteyner gəmisinə dəyən zərərin həcmi hələlik dəqiqləşdirilməyib. Orada hansı yükün olduğu da hələlik məlum deyil. Hadisə yerinə Hindistan Sahil Mühafizəsi və Hindistan Hərbi Dəniz Qüvvələri göndərilib.


SON XƏBƏRLƏR