• Bakı 24° C

    2.69 m/s

  • USD - 1.7

    EUR - 1.9911

    RUB - 2.1666

Makron Britaniyanı Fələstini tanımağa çağırdı

DÜNYA

09 Iyul 2025 | 15:10

Makron Britaniyanı Fələstini tanımağa çağırdı

Fransa prezidenti Emmanuel Makron Londonda İcmalar Palatasının və Lordlar Palatasının üzvləri qarşısında çıxış edərək Britaniyanı Fələstin dövlətini tanımağa çağırıb.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, Fransa liderinin 2008-ci ildən bəri Britaniyaya ilk dövlət səfərinin başlanğıcında Makron Yaxın Şərqdəki gərginlik və ABŞ-ın dəstəyi ilə bağlı qeyri-müəyyənlik şəraitində əməkdaşlığın vacibliyini vurğulayıb.

“Bu gün Fələstin dövlətini tanımaq və bu siyasi sürəti işə salmaq üçün birlikdə çalışmaq sülhə aparan yeganə yoldur”,- deyən Makron, London və Parisin məsələ ilə bağlı məsləhətləşmələri davam etdirdiyini bildirib.


SON XƏBƏRLƏR