• Bakı 30° C

    10.21 m/s

  • USD - 1.7

    EUR - 1.9819

    RUB - 2.1453

İstanbulda 2 milyona yaxın narkotik maddə ələ keçirilib

DÜNYA

08 Avqust 2025 | 13:17

İstanbulda 2 milyona yaxın narkotik maddə ələ keçirilib

İstanbulda narkotik istehsalçıları və narkotik satıcılarını hədəf alan əməliyyatlarda 1 milyon 919 min narkotik həb və narkotik istehsalında istifadə oluna bilən 256 kiloqram xammal ələ keçirilib. 

Bakıvaxtı.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə İstanbulda narkotik satıcılarına qarşı əməliyyatın təfərrüatlarını açıqlayan daxili işlər naziri Ali Yerlikaya  deyib.

Nazir əməliyyatlar zamanı 9 şübhəlinin tutulduğunu, 5 nəfərin həbs edildiyini, daha 4 nəfərin isə əməliyyatlarının hələ də davam etdiyini bildirib. 

Əməliyyatlar daxilində 1 milyon 919 min ədədanesteziya edici Həblərlə birlikdə 256 kq xammal (təxminən 5 milyon dərman həbi istehsal oluna bilər) götürülüb.

"Dərman istehsalçılarına qarşı apardığımız bu mübarizə gələcəyimizin təminatı olan gənclərimizi qorumaq üçün aparılan mübarizədir", - deyə Yerlikaya bildirib.

Gülşən Şərif


SON XƏBƏRLƏR