• Bakı 25° C

    6.02 m/s

  • USD - 1.7

    EUR - 1.9834

    RUB - 2.0901

Hindistan-ABŞ gərginliyi: Dehli üçün asan olmayacaq...

DÜNYA

07 Sentyabr 2025 | 09:16

Hindistan-ABŞ gərginliyi: Dehli üçün asan olmayacaq...

Hindistan rəsmiləri hesab edirlər ki, ABŞ-la gömrük rüsumları və Rusiyadan neft alınması məsələsindəki ixtilaflar, böyük ehtimalla, Nyu-Dehli və Vaşinqton arasındakı münasibətlərə uzunmüddətli perspektivdə zərər vuracaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” (NYT) qəzeti mənbəyə istinadən məlumat yayıb.

NYT qeyd edir ki, Nyu-Dehlinin ABŞ bazarını əvəzləməsi asan olmayacaq, çünki Hindistan ixracının təxminən 20%-i məhz bu bazara yönəlir. Bununla yanaşı, böyük daxili bazar, eləcə də Cənub-Şərqi Asiya, Yaxın Şərq və Avropa ölkələri ilə müxtəlif və genişlənən ticarət-iqtisadi əlaqələr Hindistanın Baş naziri Narendra Modiyə ABŞ-la qarşıdurmada özünə inam verir.

Qeyd edək ki, ABŞ 6 avqustda Hindistana qarşı əlavə 25%-lik gömrük rüsumu tətbiq edib. Bu qərar Hindistanın Rusiya nefti və neft məhsulları alışı ilə əlaqələndirilib. Bununla da Hindistan malları və xidmətlərinin idxalına qoyulan tariflər 50%-ə çatdırılıb./axar.az


SON XƏBƏRLƏR

06 Sentyabr 2025