• Bakı 21° C

    3.29 m/s

  • USD - 1.7

    EUR - 1.9927

    RUB - 2.0663

Sahibsiz iti vurmaq istədi, yoldam keçənləri güllələdi - 1 ölü, 1 yaralı

DÜNYA

07 Oktyabr 2025 | 08:31

Sahibsiz iti vurmaq istədi, yoldam keçənləri güllələdi - 1 ölü, 1 yaralı

Türkiyədə bir nəfər sahibsiz tüfənglə vurmaq istərkən güllələr yoldan keçən cütlüyə dəyib.

Bakıvaxtı.az yerli mətbuata istinadla xəbər verir ki. hadisə İzmirdə qeydə alınıb. Belə ki, Beydağda 71 yaşlı Mehmet Ö. (71) sahibsiz iti bağçasındakı hinidə toyuq yediyi üçün tüfənglə vurmağa cəhd edib. Bu vaxt yoldan keçən Adem I. (74) və həyat yoldaşı Şenay İ. (69) güllələrə tuş gəliblər.

Yaralılar dərhal Beydağ Dövlət Xəstəxanasına çatdırılıblar. Ancaq Şenay İ. müdaxiləyə baxmayaraq dünyasını dəyişib. Ərinin vəziyyətinin həyati təhlükəsinin olmadığı və müalicəsinin davam etdiyi bildirilir.

Murad Məmmədli


SON XƏBƏRLƏR

06 Oktyabr 2025