• Bakı 12° C

    5.32 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Medvedev Trampı “ələ saldı”: “Nüvə sınaqlarını heç özü də bilmir”

DÜNYA

06 Noyabr 2025 | 07:39 | Müəllif: Ayyət Əhməd

Medvedev Trampı “ələ saldı”: “Nüvə sınaqlarını heç özü də bilmir”

Ukraynada müharibə başlayandan bəri Rusiyanın keçmiş prezidenti Dmitri Medvedev  təxribat xarakterli bəyanatları ilə !fərqlənib!. Nəticədə  avqustun əvvəlində Amerika prezidenti Donald Trampın nüvə enerjisi məsələsində qəzəbinə tuş gəlib. D. Medvedyev indi də D.Trampın qəzəbinə tuş gələcək açıqlama verib. Bakıvaxtı.az “LeFigaro.fr”ə istinadən xəbər verir ki, o, “Telegram” və “X” hesablarında D.Trampın ünvanına mesaj verərək, onu ələ salıb: “Trampın "nüvə sınaqları" dedikdə nəyi nəzərdə tutduğunu heç kim bilmir (yəqin ki, özü də bilmir). Amma o, ABŞ prezidentidir. Və bu cür sözlərin nəticələri qaçılmazdır: Rusiya tamhüquqlu nüvə sınaqlarının keçirilməsinin məqsədəuyğunluğunu özü qiymətləndirməli olacaq”.

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026