• Bakı 13° C

    3.58 m/s

  • USD - 1.7

    EUR - 1.9534

    RUB - 2.0988

Keçmiş prezident əməliyyat olundu

DÜNYA

05 Noyabr 2025 | 23:42

Keçmiş prezident əməliyyat olundu

Çexiyanın keçmiş prezidenti (2013-2023) Miloş Zeman Motol Xəstəxanasında mədə-bağırsaq əməliyyatı keçirib. 

Bakıvaxtı.az xəbər verir ki, Bu barədə Çexiya Respublikasının keçmiş liderinin köməkçisi Luboş Proçazka məlumat verib.

"Miloş Zeman bu gün Motol Xəstəxanasında mədə-bağırsaq əməliyyatı keçirib. Həyat yoldaşı İvana Zemanovanın sözlərinə görə, keçmiş dövlət başçısının vəziyyəti stabildir. Keçmiş prezident həftənin sonuna qədər tibbi nəzarət altında qalacaq", - deyə Proçazka öz bloqunda yazıb.

Zeman 3 noyabrda xəstəxanaya yerləşdirilib. Oktyabrın ortalarında keçmiş prezident kürəyindəki absesi çıxarmaq üçün təcili əməliyyat olunub. 81 yaşlı Zemanda abses bu yaxınlarda bronxit tutmasından sonra yaranıb. Xəstəliyinə baxmayaraq, keçmiş prezident aktiv həyat tərzi sürməyə davam edib. İstirahət rejiminə riayət etməməsi onun sağlamlığına mənfi təsir göstərib.


SON XƏBƏRLƏR

05 Noyabr 2025