• Bakı 13° C

    3.58 m/s

  • USD - 1.7

    EUR - 1.9534

    RUB - 2.0988

Tramp şatdaunun respublikaçılara ciddi ziyan vurduğunu etiraf edib

DÜNYA

05 Noyabr 2025 | 23:10

Tramp şatdaunun respublikaçılara ciddi ziyan vurduğunu etiraf edib

ABŞ federal hökumətinin 1 oktyabr gecə yarısından fəaliyyətini qismən dayandırması (şatdaun) demokratlardan daha çox respublikaçılara ziyan vura bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Axios" respublikaçı senatorlarla Amerika lideri arasında keçirilən görüşdən xəbərdar olan mənbəyə istinadən məlumat dərc edib.

Qeyd olunur ki, görüşün qapalı hissəsində ABŞ Prezidenti Donald Tramp hökumətin bağlanması davam edərsə, partiyanın çökəcəyini və nümayəndələrinin "ləng respublikaçılar" hesab olunacağını bildirib. Ağ Ev rəhbərinin sözlərinə görə, siyasi rəqiblərinin çəkindiyi qanun layihələrinin nəzərdən keçirilməsini və qəbul edilməsini təxirə salmaq praktikasına - sözdə filibasterə (qanun layihələrinin qəbulunu ləngitmək və ya qarşısını almaq üçün istifadə edilir-red.) son qoymaqla şatdaunun mümkün qədər tez dayandırılmasının vacibliyini vurğulayıb. "Əgər filibasteri dayandırmasanız, böyük problemləriniz olacaq", - Tramp qeyd edib.

"Bloomberg" daha əvvəl şatdaunun Amerika iqtisadiyyatına həftədə təxminən 15 milyard dollara başa gəldiyini bildirmişdi. İqtisadçılar xəbərdarlıq edirlər ki, bu, 27 Noyabr - Şükranlıq gününə qədər davam edərsə, daimi itkilər təxminən 14 milyard dollara çatacaq.

ABŞ federal hökumətinin maliyyə çatışmazlığı səbəbindən fəaliyyətinin qismən dayandırması oktyabrın 1-də gecə yarısı (Bakı vaxtı ilə saat 8:00) başlayıb. Bu, Konqresdəki hakim Respublikaçılar və müxalif Demokratlar partiyaların nümayəndələrinin səhiyyə də daxil olmaqla bir sıra xərc maddələri üzrə razılığa gələ bilməməsi səbəbindən baş verib.


SON XƏBƏRLƏR

05 Noyabr 2025