Rusiya, Çin və İran arasında Tehranın nüvə dosyesi ilə bağlı məsləhətləşmələr keçirilib
Bakıvaxtı.az-ın xəbərinə görə, Rusiyanın Vyanadakı Beynəlxalq Təşkilatlardakı Daimi Nümayəndəsi Mixail Ulyanov bu barədə özünün teleqram kanalında məlumat verib.
"Bu gün Çin, İran və Rusiya İranın nüvə dosyesi ilə bağlı ənənəvi üçtərəfli məsləhətləşmələrin növbəti mərhələsini keçiriblər", - paylaşımda bildirilir.
M.Ulyanov əlavə edib ki, tərəflər 19-21 noyabrda keçiriləcək AEBA İdarə Heyətinin növbəti iclasından əvvəl saatlarını sinxronlaşdırıb və mövqelərini əlaqələndiriblər.
Bakı 



