Dünyanın ən yaşlı adamı kimi tanınan braziliyalı Joao Marinyo Neto 113 yaşını qeyd edib.
Bakıvsxtı.az xəbər verir ki, bu barədə Ginnesin Rekordlar Kitabının saytında məlumat verilib.
Braziliyalı Neto doğum gününü oktyabrın 5-də ailəsi tərəfindən onun üçün təşkil etdiyi ziyafətlə qeyd edib. O uzunömürlülüyünün sirrini yaxşı insanların əhatəsində olmaqda görür.
Neto 1912-ci ildə fermer ailəsində anadan olub. Altı övladı, 22 nəvəsi, 15 nəticəsi və üç kötücəsi var. O, 2024-cü ilin noyabrında dünyanın ən yaşlı kişi sakini kimi tanınıb. Əvvəlki rekord 112 yaşında vəfat edən britaniyalı Con Tinnisvuda məxsus olub.