• Bakı 21° C

    3.29 m/s

  • USD - 1.7

    EUR - 1.9927

    RUB - 2.0663

Amerikada 20 il qanunsuz müəllim işlədi: 290 min dollar qazandı 

DÜNYA

07 Oktyabr 2025 | 09:11

Amerikada 20 il qanunsuz müəllim işlədi: 290 min dollar qazandı 

Amerikada qorxulu immiqrasiya polisi bir müəllimi həbs edib.

Bakıvaxtı.az “LeFigaro.fr”ə istinadən xəbər verir ki, İan Roberts adlı müəllimin 20 il qanunsuz müəllim kimi çaləşması olub.

Məlumata görə, 20 ildən çox təhsil sahəsində çalışan İan Roberts son iki il ərzində Ayova ştatının paytaxtı Des Moynsda 30 mindən çox şagirdi olan məktəbin direktoru olub. Bu illər rəzində o, ciddi şöhrət qazanıb.

O, 2000-ci ildə Sidney Olimpiya Oyunlarında iştirak edib. Həmişə qüsursuz şəkildə pencəklərlə rəngarəng kostyumlar geyinib. Ayovada məskunlaşmazdan əvvəl ABŞ-yə səyahət edib. O, məktəblərdə və akademiyalarda bir sıra vəzifələrdə çalışıb.

Yerli medianın yazdığına görə, 54 yaşında 290 min dollar maaş alıb. Lakin keçən həftə onun həyatı kəskin şəkildə dəyişib. Beklə ki, İan Roberts öz avtomobilini idarə edərkən həbs olunub, çünki onun Amerikada yaşamaq və işləmək icazəsi olmayıb.

İan Roberts icazəsi olmadan Amerikada 20 il necə fəaliyyət göstərib? Bu sual ABŞ dövlət qurumlarında müzakirə predmetinə çevrilib.

Aydın Baxış


SON XƏBƏRLƏR

06 Oktyabr 2025