• Bakı 18° C

    3.26 m/s

  • USD - 1.7

    EUR - 1.9927

    RUB - 2.0663

Pandemiyaya görə Ukrayna savaşı başladı - Merkel

DÜNYA

07 Oktyabr 2025 | 00:11

Pandemiyaya görə Ukrayna savaşı başladı - Merkel

COVID-19 pandemiyası Ukraynada hərbi münaqişənin başlanmasının dolayı səbəbi olub. 

Bakıvaxtı.az “Bild”ə istinadən xəbər verir ki, bunu Almaniyanın keçmiş kansleri Angela Merkel deyib.

O bildirib ki, koronavirus pandemiyası zamanı dünya liderləri arasında birbaşa danışıqların mümkünsüzlüyü Ukrayna məsələsində kompromis axtarışlarını çətinləşdirib:

“Əgər görüşə, fikir ayrılıqlarını üz-üzə müzakirə edə bilmirsinizsə, o zaman yeni kompromislər tapmaq mümkün deyil”.

Qeyd edək ki, Merkel həmçinin Polşa, Latviya, Litva və Estoniyanın da dolayısı ilə Ukrayna münaqişəsinin başlamasına səbəb olduğunu söyləmişdi.


SON XƏBƏRLƏR

06 Oktyabr 2025