“Open AI” nin rəhbəri Sem Altmanı və şirkətini heç nə dayandıra bilməz.
Bakıvaxtı.az “LeFigaro.fr”ə istinadən xəbər verir ki, “OpenAI” 800 milyon həftəlik istifadəçisi olan aparıcı süni intellekt modeli ChatGPT üçün yeni funksiyaları təqdim edib. Bu funksialara əsasən ChatGPT indi digər gündəlik tətbiqlərlə qarşılıqlı əlaqə qura bilir. “OpenAI” “Tərtibatçı Günü ” nün açılışında ChatGPT-ə musiqi, daşınmaz əmlak axtarışları, otel, uçuş sifarişləri və ya hətta posterlərin yaradılması üçün proqramla qarşılıqlı əlaqə yaratmağa imkan verən yeni “Apps SDK” funksiyasını təqdim edib. Lakin bu funksiya hələ Avropada mövcud deyil.
ChatGPT indi istifadəçilərə həm də əsas kompüter bacarıqlarına malik süni intellekt agentinin öz versiyasını konfiqurasiya etməyə imkan verir. Yəni öz təşəbbüsü ilə mürəkkəb tapşırıqları yerinə yetirməyə qadir olan yarı avtonom model: məlumatların təhlili, aparılacaq əlavə tədqiqatların nəticələrinin çıxarılması, ondan istifadə etmək üçün proqramın qurulmasını təmin edir.
“Open AI”nin rəhbəri Sem Altman San-Fransiskoda toplaşan həvəskar tərtibatçıların ünvanına bildirib ki, indi inşaatçı olmaq üçün tarixdə ən yaxşı vaxtdır, ideyadan məhsula keçmək həmişəkindən daha sürətlidir".
O, çıxışına ChatGPT-nin həftəlik 800 milyon istifadəçini keçdiyini elan etməklə başlayıb. “OpenAI”-ə görə, beş milyon müəssisə və qurum da peşəkar abunəçilərə pul ödəyir. Şirkət həmçinin iddia edir ki, sorğu xərcləri son 12 ayda ənənəvi süni intellekt modelləri üçün 42%, ən müasir modellər üçün isə 95% azalıb.
Aydın Baxış