• Bakı 16° C

    10.73 m/s

  • USD - 1.7

    EUR - 1.9242

    RUB - 2.0365

Britaniya qanunsuz miqrantları hərbi bazalarda yerləşdirəcək

DÜNYA

07 Sentyabr 2025 | 11:13 | Müəllif: Subhan Mahmudov

Britaniya qanunsuz miqrantları hərbi bazalarda yerləşdirəcək

Böyük Britaniya hökuməti qanunsuz miqrantların sığınacaq üçün müraciətlərinə baxarkən onları yerləşdirmək üçün keçmiş hərbi bazalardan istifadə etmək niyyətindədir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "The Daily Telegraph" məlumat yayıb.

Nəşrin məlumatına görə, yaxın həftələrdə rəsmən elan edilməli olan bu planların icrası Daxili İşlər Nazirliyinin yeni rəhbəri Şaban Mahmuda həvalə edilib.

O, sentyabrın 5-də baş nazir Kir Starmerin hökumətdə apardığı kadr dəyişikliyindən sonra nazirliyə rəhbərlik etməyə başlayıb. Məqalədə qeyd edilir ki, qanunsuz miqrantların keçmiş hərbi bazalarda yerləşdirilməsinin əsas məqsədi onların hotellərdə saxlanması xərclərini azaltmaqdır. Çünki bu, son həftələr əhalinin narazılığına səbəb olub.

Bu məqsədlərlə hökumət miqrantların yerləşdirilməsi üçün iki keçmiş hərbi bazadan - London yaxınlığındakı Esseks və Kent qraflıqlarında istifadə etməyi təklif edir. Onları əvvəlki Mühafizəkarlar hökuməti hazırlayıb, lakin planlar hərbi kazarmaları həbsxanalarla müqayisə edən insan haqları müdafiəçiləri tərəfindən sərt şəkildə tənqid edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR