• Bakı 20° C

    3.42 m/s

  • USD - 1.7

    EUR - 1.9927

    RUB - 2.0663

Ukraynada daha bir azərbaycanlı həlak olub

DÜNYA

07 Oktyabr 2025 | 10:12

Ukraynada daha bir azərbaycanlı həlak olub

Ukraynanın Donetsk vilayətində azərbaycanlı ata və oğul artilleriya zərbələrinə məruz qalıblar.

Bakıvaxtı.az xəbər verir ki, vilayətin Konstantinovka şəhərində gedən artilleriya döyüşləri zamanı, şəhər sakini 1991-ci il təvəllüdlü Əzizov İlqar Vüqar oğlu atəş nəticəsində həlak olub.

Onun atası, 1964-cü il təvəllüdlü Əzizov Vüqar Zabulla oğlu isə ağır yaralanıb.

Mülki şəxslər olan azərbaycanlı ata və oğul Ukrayna vətəndaşlarıdırlar, Konstantinovka sakinidirlər.

Qeyd edək ki, son vaxtlar Konstantinovka şəhərinə hücumları artıran Rusiya ordusu Ukrayna ordusunun ciddi müqaviməti ilə rastlaşıb.


SON XƏBƏRLƏR

06 Oktyabr 2025