• Bakı 20° C

    3.42 m/s

  • USD - 1.7

    EUR - 1.9927

    RUB - 2.0663

Euractiv: Avropada artan müdafiə xərclərinə dəstək azalır

DÜNYA

07 Oktyabr 2025 | 10:40

Euractiv: Avropada artan müdafiə xərclərinə dəstək azalır

Cənubi Avropada respondentlərin 59%-i, Mərkəzi və Şərqi Avropada 76%-i, Şimali Avropada isə 73%-i müdafiə xərclərinin artırılmasını dəstəkləyir.

 Bakıvaxtı.az "Euractiv" portalına istinadən xəbər verir ki, bu, "Polling Europe" araşdırma şirkətinin apardığı ictimai sorğuda yer alıb. 

Sorğu nəticəsinə görə, respondentlərin 48%-i müdafiə investisiyalarının Avropa Komissiyası səviyyəsində əlaqələndirilməsini dəstəkləyir. Avropalıların 67%-i müdafiə sektoruna investisiyaların artırılmasının tərəfdarıdır. Bu göstərici 2024-cü ilin aprelində həyata keçirilən sorğu nəticəsi ilə müqayisədə 7 faiz bəndi aşağıdır.

Ümumilikdə, avropalıların 52%-i qitənin üçüncü ölkə ilə uzunmüddətli münaqişəyə kifayət qədər hərbi hazırlıqlı olduğuna əmin deyil.

Tədqiqat sentyabrın 17-dən 19-dək aparılıb və orada 5400-dən çox insan iştirak edib. 

Gülşən Şərif


SON XƏBƏRLƏR

06 Oktyabr 2025