• Bakı 12° C

    5.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Antalyanın polis rəisi HƏBS OLUNDU

DÜNYA

07 Sentyabr 2025 | 13:16 | Müəllif: Subhan Mahmudov

Antalyanın polis rəisi HƏBS OLUNDU

Antalya şəhər polis rəisi İlker Arslan həbs edilib.

Bakıvaxtı.az xəbər verir ki, Türkiyə Daxili İşlər Nazirliyi tərəfindən vəzifəsindən uzaqlaşdırılan Arslan barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib. O, dünən gecə könüllü şəkildə təhlükəsizlik orqanlarına təslim olub.

Onun yerinə polis rəisi vəzifəsini müvəqqəti olaraq müavini Murat Baz icra edəcək.

Məlumata görə, Arslanın adı Antalya Böyükşəhər bələdiyyəsinin sabiq sədri, Cümhuriyyət Xalq Partiyasının (CHP) təmsilçisi Mühittin Böcek ətrafında aparılan rüşvət və korrupsiya istintaqında hallanıb. Böcek iyulun 5-də saxlanılmış, daha sonra isə həbs edilmişdi.

İstintaq çərçivəsində həm bələdiyyə rəhbərliyində, həm də şəhər polis idarəsində ciddi korrupsiya halları araşdırılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026