ABŞ prezidenti Donald Tramp Venesuela ilə bütün təmasları dayandırmağı əmr edib.
Bakıvaxtı.az "Əl Ərəbiyyə"yə istinadən xəbər verir ki, bununla bağlı Ağ Ev bəyanat yayıb.
Bəyanata əsasən, Tramp Venesuela ilə diplomatik razılaşma əldə etmək səylərini dayandırıb və xüsusi elçisi Riçard Qrenellə bütün əlaqəni dayandırmağı əmr edib.
Al Arabiya xatırladır ki, Tramp Konqresə ABŞ-nin narkotik kartelləri ilə qeyri-beynəlxalq silahlı münaqişədə” iştirak etdiyini bildirib.
Sentyabrın 5-də ABŞ-nin Venesueladakı "narkoterror təşkilatlarına" zərbələr endirmək üçün Puerto-Rikodakı bazaya 10 ədəd F-35 qırıcısı yerləşdirəcəyi xəbəri yayılmışdı. Qeyd olunub ki, Amerikanın 7 döyüş gəmisi və 1 sürətli hücum edən nüvə sualtı qayığı artıq bölgədədir. Gəmidə 4500-dən çox dənizçi və dəniz piyadası var.
Gülşən Şərif
Bakı 


