• Bakı 14° C

    3.42 m/s

  • USD - 1.7

    EUR - 1.9561

    RUB - 2.0897

Filippində fövqəladə vəziyyət elan edildi

DÜNYA

06 Noyabr 2025 | 12:39

Filippində fövqəladə vəziyyət elan edildi

Filippin prezidenti Ferdinand Romualdez Markos ada dövlətinin mərkəzi hissəsini vuran ölümcül "Kalmaegi" qasırğası ilə əlaqədar fövqəladə vəziyyət elan edib.

Bakıvaxtı.az "Euronews"a istinadən xəbər verir ki, buna səbəb səlahiyyətlilərin xəbərdarlığı olub.

Səlahiyyətlilər bildiriblər ki, Sakit okeandan gələn daha bir tropik siklon super tayfuna çevrilə və gələn həftənin əvvəlində Filippini vura bilər.

Belə ki, tropik siklon noyabrın 5-də arxipelaqdan çıxıb və Cənubi Çin dənizinə doğru istiqamət alıb. Mərkəzi Vyetnama doğru irəlilədikcə tezliklə intensivləşəcəyi gözlənilir.

"Kalmaegi" qasırğası mərkəzi Vyetnama yaxınlaşdığı üçün 50-dən çox reys ləğv edilib. Vyetnamın mərkəzi Xanh Hoa əyalətinin hakimiyyət orqanları yaxınlaşan tufanla əlaqədar noyabrın 6 və 7-də məktəblərdə dərsləri ləğv etmək qərarına gəlib. 

Qasırğanın bölgəyə güclü yağış və dənizlərə dalğalar gətirəcəyi gözlənilir. Bütün müvafiq xidmətlər yüksək hazırlıq vəziyyətinə gətirilib.

Gülşən Şərif


SON XƏBƏRLƏR

05 Noyabr 2025