• Bakı 21° C

    3.42 m/s

  • USD - 1.7

    EUR - 1.9927

    RUB - 2.0663

Sepah qərargahına hücum - ölənlər və yaralananlar var

DÜNYA

07 Oktyabr 2025 | 12:17

Sepah qərargahına hücum - ölənlər və yaralananlar var

İranın Kürdüstan əyalətinin Sərvabad şəhərinin Maanand rayonunda İnqilab Keşikçiləri Qvardiyasının (Sepah) qərargahına əks-inqilabçı qüvvələr tərəfindən hücum nəticəsində iki qvardiyaçı ölüb, bir neçə hərbçi yaralanıb.

Bakıvaxtı.az "donya-e-eqtesad"ə istinadən xəbər verir ki, bu barədə Sepahın əyalətdəki "Beyt əl-Məqdis" korpusunun İctimaiyyətlə Əlaqələr İdarəsi bildirib.

"Kürd terrorçuları tərəfindən Sarvaabadda Sepahın bir neçə üzvü ölüb, yaralanıb", - İdarənin yaydığı başsağlığında vurğulanıb.

Yerli mütəxəssislərin bildirdiyinə əsasən, PKK terror qruplaşmasının İraqda məskunlaşan "PJAK", "Komilə", "Kürdüstan Demokrat Partiyası" silahlılarının İranın İraqla sərhəd bölgələrində hərbçilərə, sərhədçilərə, polis əməkdaşlarına belə hücumları tez-tez olur.


SON XƏBƏRLƏR

06 Oktyabr 2025