Gürcüstan rəhbərliyi Abxaziya və Cənubi Osetiya ilə güc tətbiq etməmək barədə saziş imzalamağa hazır deyil.
Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Gürcüstanın Baş naziri İrakli Kobaxidze danışıb.
“Əlbəttə, hücum etməmək barədə sazişin imzalanmasına hazır deyilik. Hücum etməməyə gəldikdə, bu bizim üçün qeyri-ciddidir. Biz sadəcə bunu deyirik: ərazi bütövlüyünün bərpa edilməsi üçün yeganə vasitə dinc yolladır. Biz bunu bəyan edirik və sənəd, yaxud da saziş barədə heç bir söhbət gedə bilməz”, - deyə Baş nazir vurğulayıb.
Onun sözlərinə görə, rəsmi Tbilisi Suxumi və Sxininvali ilə birbaşa dialoq aparmağı, eləcə də onların “müstəqilliyini” tanımağa hazırlaşmır.