• Bakı 29° C

    10.72 m/s

  • USD - 1.7

    EUR - 1.9819

    RUB - 2.1453

Putin Mirziyoyevlə Tokayevə zəng etdi

DÜNYA

08 Avqust 2025 | 15:10

Putin Mirziyoyevlə Tokayevə zəng etdi

Rusiya prezidenti Vladimir Putin Özbəkistan prezidenti Şavkat Mirziyoyev ilə telefon danışığı aparıb. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Kreml məlumat yayıb. 

"Liderlər Rusiya-Özbəkistan əməkdaşlığı mövzusunu, ilk növbədə, ticarət-iqtisadi, enerji və mədəni-humanitar sahələrdə də müzakirə ediblər", - məlumatda qeyd olunub. 

Putin, həmçinin Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevə də zəng edib. Rusiya lideri ona Ukrayna ilə münaqişənin həlli üzrə ABŞ ilə dialoqun gedişi, o cümlədən ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff ilə görüşünün nəticələri barədə məlumat verib.


SON XƏBƏRLƏR