• Bakı 30° C

    10.21 m/s

  • USD - 1.7

    EUR - 1.9819

    RUB - 2.1453

 İsrail Britaniya ilə kəşfiyyat məlumatlarını paylaşmağı dayandıra bilər

DÜNYA

08 Avqust 2025 | 14:37

 İsrail Britaniya ilə kəşfiyyat məlumatlarını paylaşmağı dayandıra bilər

"İsrail Fələstin dövlətini tanıyacağı təqdirdə Britaniya ilə kəşfiyyat məlumatlarının mübadiləsini dayandırmaq imkanını nəzərdən keçirir". 

Bakıvaxtı.az "The Times" qəzetinə istinadən xəbər verir ki, İsraillə müdafiə və kəşfiyyat sahəsində əməkdaşlığın dayandırılması Böyük Britaniyanın milli təhlükəsizliyinə zərbə vura bilər. 

Qəzetin məlumatına görə, yəhudi dövlətinin hakimiyyəti Britaniya tərəfi ilə kəşfiyyat mübadiləsinin dayandırılmasının iqtisadiyyata mənfi təsir edəcəyindən ehtiyat edir. Çünki bu halda London krallığın hərbi-sənaye kompleksinə dərindən inteqrasiya olunmuş İsrail müdafiə şirkətləri ilə müqavilələrdən imtina edə bilər.

Qeyd edək ki, hazırda yəhudi dövləti Britaniya kəşfiyyat xidmətlərinə Böyük Britaniyadakı terror təhlükələri, eləcə də İranın kəşfiyyat fəaliyyəti ilə bağlı məlumatlar verir.

Gülşən Şərif


SON XƏBƏRLƏR