• Bakı 23° C

    2.69 m/s

  • USD - 1.7

    EUR - 1.9911

    RUB - 2.1666

Zaxarova: Saxlanılanlarla bağlı Bakı ilə təmasdayıq

DÜNYA

09 Iyul 2025 | 15:00

Zaxarova: Saxlanılanlarla bağlı Bakı ilə təmasdayıq

Saxlanılan Rusiya vətəndaşları ilə bağlı Moskva Bakı ilə təmasları davam etdirir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, saxlanılan Rusiya vətəndaşları ilə bağlı Moskva Azərbaycan tərəfi ilə, o cümlədən hüquq-mühafizə orqanlarının xətti ilə təmasları dəstəkləyir.

“Əminik ki, bütün yaranmış məsələləri tərəfdaşlıq əsasında, mövcud siyasi diplomatik kanallarla həll etmək vacibdir. Məhz bu cür yanaşma ölkələrimizin, xalqlarımızın köklü maraqlarına cavab verir”, - Rusiya XİN sözçüsü vurğulayıb.


SON XƏBƏRLƏR