• Bakı 24° C

    2.69 m/s

  • USD - 1.7

    EUR - 1.9911

    RUB - 2.1666

“Gözlənilən tarixi müjdəni verəcəyik” - Ərdoğan

DÜNYA

09 Iyul 2025 | 15:52

“Gözlənilən tarixi müjdəni verəcəyik” - Ərdoğan

“Türkiyəni yarıməsrlik müsibətdən xilas edirik”.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan TBMM-də partiyasının qrup toplantısında deyib.

Türkiyədə terrorun kökünü kəsəcəklərini deyən Ərdoğan bundan sonra ölkəsində hər şeyin daha fərqli olacağını bildirib.

“Qarşıdakı günlərdə müsbət xəbərlərin olacağı bir müddətə qədəm qoyuruq. “Terrorsuz Türkiyə” siyasi prosesini uğurla başa çatdırmaqda qərarlıyıq. Qanlı səhifələri tamamilə bağlayacağıq, gözlənilən tarixi müjdəni verəcəyik. Terror divarı yıxılacaq, proses uğurla nəticələnəcək”, - deyə o əlavə edib.


SON XƏBƏRLƏR