• Bakı 21° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.9053

    RUB - 1.9948

Çin XİN: "Qəzza Fələstin xalqına məxsusdur"

DÜNYA

08 Avqust 2025 | 15:30

Çin XİN: "Qəzza Fələstin xalqına məxsusdur"

Çin İsrailin Qəzza sektoruna nəzarəti ələ keçirmək planları ilə bağlı "ciddi narahatlıq" ifadə edir və onu "təhlükəli hərəkətlərini dərhal dayandırmağa" çağırır.

Bakıvaxtı.az-ın The Times of Israel-ə istinadən məlumatına görə, bu barədə ÇXR XİN-də bildiriblər.

"Qəzza Fələstin xalqına məxsusdur və onun ərazisinin ayrılmaz hissəsidir. Qəzza sektorunda humanitar böhranı yüngülləşdirməyin və girovların azad edilməsinə nail olmağın yeganə yolu dərhal atəşkəsdir", - XİN-də bildiriblər.

ÇXR həmçinin "beynəlxalq ictimaiyyətlə əməkdaşlıq edərək sektorda döyüş əməliyyatlarına mümkün qədər tez son qoymağa" hazır olduğunu ifadə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR