• Bakı 24° C

    2.03 m/s

  • USD - 1.7

    EUR - 1.94

    RUB - 2.1438

Sabiq deputatın qətlində şübhəli bilinən Ermənistan vətəndaşı saxlanılıb

DÜNYA

09 Iyun 2025 | 15:35

Sabiq deputatın qətlində şübhəli bilinən Ermənistan vətəndaşı saxlanılıb

Ukrayna Ali Radasının sabiq deputatı İlya Kivanın qətlində şübhəli bilinən şəxs saxlanılıb.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, istintaqın versiyasına görə, Araik Amirxanyan SBU-ya (Ukrayna Təhlükəsizlik Xidməti) qurbanın yerləşdiyi yer barədə məlumat verib. Daha sonra killer İlya Kivanı 2023-cü ildə Moskva ətrafında güllələyib.

Ukrayna Ali Radasının sabiq deputatı İlya Kivanın qətlində Ermənistan vətəndaşı, 44 yaşlı Araik Amirxanyan şübhəli bilinir. O, “Ukravtodor”un (Ukraynanın avtomobil yolları agentliyi) keçmiş “ən iri podratçısı” hesab olunur. Araiki hətta xüsusi olaraq saxlamağa ehtiyac olmayıb: Kivanın qətli işi üzrə istintaq aparan müstəntiqlər onun izinə düşəndə məlum olub ki, Amirxanyan artıq may ayının əvvəlində rüşvət vermə işi ilə əlaqədar Moskva vilayətinin 8 saylı istintaq təcridxanasına göndərilib. Mənbələrin məlumatına görə, istintaq hesab edir ki, Amirxanyan Kivanın etimadını qazanıb, onu izləyib və sonra SBU əməkdaşlarına onun harada yaşadığı barədə məlumat ötürüb.

Qeyd edək ki, Ukraynada dövlətə xəyanət və daha bir neçə maddə ilə ittiham olunan İlya Kiva 2023-cü il dekabrın 6-da qətlə yetirilib. Onun meyiti qarın içində, “Veliç Kantri Klub” otelinin ərazisində yerləşən Suponyevo kəndində, üzüüstə vəziyyətdə tapılıb.


SON XƏBƏRLƏR

08 Iyun 2025