İran Tehranın nüvə proqramı ilə bağlı vəziyyətin nizamlanması üçün ABŞ tərəfindən təqdim olunmuş təklifə yaxın günlərdə rəsmi cavab verəcək.
Bakıvaxtı.az "Tasnim" agentliyinə istinadən xəbər veri ki, bu barədə İslam Respublikasının Atom Enerjisi Təşkilatının nümayəndəsi Behruz Kamalvəndi məlumat yayıb.
“ABŞ-ın yazılı təklifinə İranın cavabı demək olar ki, hazırdır və yaxın günlərdə təqdim ediləcək,” – Kamalvəndi qeyd edib.