• Bakı 25° C

    0.48 m/s

  • USD - 1.7

    EUR - 1.94

    RUB - 2.1438

Əsəddən sonra Suriyaya 16 milyard dollar sərmayə cəlb olunub

DÜNYA

09 Iyun 2025 | 09:33

Əsəddən sonra Suriyaya 16 milyard dollar sərmayə cəlb olunub

Suriyada keçmiş prezident Bəşər Əsədin devrilməsindən sonrakı yarım il ərzində ölkəyə 16 milyard dollar dəyərində sərmayə və beynəlxalq yardım daxil olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Birləşmiş Ərəb Əmirliklərinin “The National” nəşri məlumat yayıb.

Ən iri sərmayəçi isə Qətərin UCC Holding şirkəti olub. Şirkət Suriyada 4 qaz elektrik stansiyası və 1 QVt gücündə günəş elektrik stansiyası inşa etməyi planlaşdırır. Bu layihələr üçün ümumilikdə 7 milyard dollar vəsait ayrılıb.

    Digər investisiyalar əsasən infrastrukturun bərpası, təhsil və səhiyyə sistemlərinin modernləşdirilməsi, eləcə də enerji və kənd təsərrüfatı sahələrində həyata keçiriləcək layihələrə yönəldiləcək.

    “The National” qeyd edir ki, Əsəd rejiminin süqutu beynəlxalq donorların və sərmayəçilərin Suriyaya marağını kəskin şəkildə artırıb. Hazırda ölkədə iqtisadi sabitlik və təhlükəsizlik sahəsində müəyyən irəliləyiş müşahidə olunur.


    SON XƏBƏRLƏR

    08 Iyun 2025