İsrail hərbçiləri may ayında Qəzza zolağında öldürülən HƏMAS hərəkatının hərbi qanadının keçmiş lideri Məhəmməd Sinvarın (Yəhya Sinvarın qardaşı) qalıqlarını tapıb və şəxsiyyətini müəyyənləşdirib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, şəxsiyyətin müəyyən edilməsi prosedurundan sonra bunların həqiqətən də Sinvarın qalıqları olduğu təsdiqlənib. Məlumata görə, onun cəsədi anklavın cənubundakı Xan Yunis şəhərindəki Avropa Xəstəxanası kompleksinin altındakı yeraltı tuneldə tapılıb.
Ordu Sinvarın mayın 13-də dəqiq zərbə ilə öldürüldüyünü xatırladıb.