Birləşmiş Ştatlar ilin sonuna qədər yeni idxal rüsumlarından 300 milyard dollardan çox gəlir əldə etməyi gözləyir.
Bakıvaxtı.az xəbər verir ki, bu məlumatı ABŞ-ın maliyyə naziri Skot Bessent deyib.
"Beləliklə, ilin sonuna qədər bunun 300 milyard dolları əhəmiyyətli dərəcədə keçəcəyini gözləyirik", - deyə, Bessent gömrük rüsumlarından daxilolmaların səviyyəsini şərh edərkən bildirib.
Xatırladaq ki, aprelin 2-də ABŞ Prezidenti Donald Tramp 185 ölkə və ərazinin məhsullarına gömrük rüsumunun tətbiq ediləcəyini bəyan etmişdi.