Çərşənbə günü Rusiyanın pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalmış Ukraynanın cənubundakı "Orlovka" qaz kəməri ilə təchizat bərpa edilib.
Bakıvaxtı.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə Ukraynanın qaz nəqli şirkəti məlumat yayıb.
"Tədarük əvvəlki qaydada həyata keçirilir. Cümə axşamı Rumıniya ilə sərhəd yaxınlığında yerləşən "Orlovka" vasitəsilə 0,42 milyon kubmetr qazın nəql edilməsi planlaşdırılır", - operatorun nümayəndəsi bildirib.