• Bakı 29° C

    4.39 m/s

  • USD - 1.7

    EUR - 1.9844

    RUB - 2.125

İcra Hakimiyyəti: “Sovetski”də qəzalı evlərin sökülməsi təhlükəsizlik və şəhərsalma baxımından vacibdir

CƏMİYYƏT

07 Avqust 2025 | 14:41

İcra Hakimiyyəti: “Sovetski”də qəzalı evlərin sökülməsi təhlükəsizlik və şəhərsalma baxımından vacibdir

Bakıda keçmiş “Sovetski” kimi tanınan ərazidə istismar müddətini başa vuran, qəzalı vəziyyətdə olan binaların söküntüsü həm sakinlərin təhlükəsizliyi, həm də şəhərsalma baxımından əhəmiyyətlidir.

Bunu Bakıvaxtı.az-a açıqlamasında Yasamal Rayon İcra hakimiyyətinin şöbə müdiri Elnur Abbaszadə deyib.

O qeyd edib ki, bu proses gələcək üçün daha səmərəli və faydalı layihələrin reallaşdırılmasına zəmin yaradır.

“Mərkəzi Parkın bu günə qədər istifadəyə verilən üç hissəsi sayəsində onun ümumi sahəsi artıq 35,4 hektara çatıb. Şəhərin mərkəzində bu qədər geniş yaşıllıq zonası yaratmaq təkcə estetik deyil, həm də ekoloji baxımdan çox böyük önəm daşıyır. Sakinlərin mədəni və rahat istirahəti üçün yaradılmış bu müasir park həm yerli əhalinin, həm də şəhərin qonaqlarının rəğbətini qazanıb”.

Şöbə müdirinin sözlərinə görə, hazırda davam edən söküntü işləri isə Mərkəzi Parkın daha da genişləndirilməsinə, yeni yaşıllıq zolaqlarının salınmasına, bir sıra sosial-ictimai əhəmiyyətli layihələrin həyata keçirilməsinə və şəhərin ümumi görkəminin daha da abadlaşdırılmasına xidmət edir.


SON XƏBƏRLƏR

06 Avqust 2025