• Bakı 15° C

    3.04 m/s

  • USD - 1.7

    EUR - 1.978

    RUB - 2.1002

Kabusların təhlükəli nəticələri

CƏMİYYƏT

06 Sentyabr 2025 | 12:02

Kabusların təhlükəli nəticələri

Kabuslar orqanizmin sürətlə qocalmasına səbəb ola bilər. 

Bakıvaxtı.az xəbər verir ki, qocalmanın sürətlənməsi yuxuların özlərindən qaynaqlanmır.

Məlumata görə, səbəb yuxunun pozulması nəticəsində yaranan ağır stressə orqanizmin kompleks şəkildə çoxmərhələli reaksiyasıdır.

Eyni zamanda, bildirilib ki, bəzən kabuslar digər sağlamlıq problemlərinin, o cümlədən depressiya, eləcə də ürək-damar xəstəliklərinin əlaməti ola bilər.

Vurğulanıb ki, kabuslar gün ərzində münaqişələr, anlaşılmazlıqlar və əsəb gərginliyi nəticəsində yaranan narahat düşüncələrin nəticəsidir.

Həmçinin kabusların digər yuxu pozğunluqları kimi həyat keyfiyyətinin ciddi şəkildə pisləşməsinə və ciddi sağlamlıq problemlərinə səbəb ola biləcəyi vurğulanıb. 

Mina Mikayılova


SON XƏBƏRLƏR

21 Oktyabr 2025