• Bakı 18° C

    2.02 m/s

  • USD - 1.7

    EUR - 1.9717

    RUB - 2.0922

AQTA: Astaradakı zəhərlənməyə ev şəraitində hazırlanan qidalar səbəb olub

CƏMİYYƏT

06 Sentyabr 2025 | 12:52

AQTA: Astaradakı zəhərlənməyə ev şəraitində hazırlanan qidalar səbəb olub

Astara rayonunda məişət şəraitində baş verən zəhərlənmənin səbəblərinin müəyyən edilməsi ilə bağlı Qida Təhlükəsizliyi Agentliyi tərəfindən araşdırmalar aparılıb.

Bu barədə Bakıvaxtı.az-a AQTA-dan məlumat verilib.

Bildirilib ki, araşdırma nəticəsində hadisənin qarpız zəhərlənməsindən baş verməsi ilə bağlı yayılan məlumatın həqiqətə uyğun olmadığı  müəyyən edilib. Belə ki, Astara rayon sakinlərinin 03.09.2025-ci il tarixində Astara rayonu Motlayataq kəndində Heydərli Samir Firdovsi oğluna məxsus həyətyanı sahədə təşkil edilən kiçik toy mərasimində bir gün öncədən ev şəraitində hazırlanan qidalardan qəbul etdikləri məlum olub. 

Məclisdə istehlaka təqdim edilən ev şəraitində bişmiş qidalardan nümunələr götürülərək, laborator analizlərə cəlb edilib.

Agentlik bir daha məişət şəraitində hazırlanan qidaları istehlaka təqdim edərkən, saxlama şəraitinə, temperatur rejiminə, gigiyena və düzgün daşıma qaydalarına riayət edilməsinin vacibliyini bildirir. Eyni zamanda, istehlakçılar arasında çaşqınlıq və narahatlıq yaranmaması üçün yalnız rəsmi qurumlar tərəfindən təqdim olunan, dəqiqləşdirilmiş məlumatlara istinad edilməlidir.


SON XƏBƏRLƏR

23 Oktyabr 2025