• Bakı C

    4.12 m/s

  • USD - 1.7

    EUR - 1.9921

    RUB - 2.187

Trilyonluq dəhliz: Zəngəzurun potensialı və Azərbaycan üçün rolu

SİYASƏT

21 Yanvar 2026 | 16:33

Trilyonluq dəhliz: Zəngəzurun potensialı və Azərbaycan üçün rolu

2026-cı ildə Transxəzər marşrutu üzrə yükdaşımaların sürətlə artması ilə Azərbaycan, Çin və Avropa arasında ticarətdə strateji keçid ölkəsinə çevrilir.

Bu dinamika yalnız yük daşımalarının həcmi ilə deyil, həm də Orta Dəhlizin rəqabətqabiliyyətliliyini artıran strateji üstünlüklərlə bağlıdır.

Azərbaycanın coğrafi mövqeyi, infrastruktur yatırımları və regional əməkdaşlıq imkanları Bakı üçün uzunmüddətli liderlik perspektivini formalaşdırır.

Eyni zamanda, regiondakı geosiyasi sabitlik, beynəlxalq tərəfdaşlarla əlaqələrin gücləndirilməsi və nəqliyyat-logistika sahəsində innovativ yanaşmalar Orta Dəhlizin effektivliyini artıran əsas amillərdir.

Orta Dəhlizin rəqabətqabiliyyətliliyini artıran əsas üstünlüklər hansıdır və Bakı bu layihədə liderliyi uzunmüddətli saxlaya biləcəkmi?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Kazım Kazımov bildirib ki, Orta Dəhlizin bugünkü geosiyasi və iqtisadi inkişafında Azərbaycanın rolu əhəmiyyətlidir: 

"Xüsusən Azərbaycanın Türk Dövlətləri Təşkilatındakı fəal iştirakı ölkəmizin Orta Dəhlizdəki təsirini daha da gücləndirir".

Onun sözlərinə görə, bu gün Azərbaycan və Qafqaz regionu sülh və sabitlik istiqamətində əhəmiyyətli irəliləyişlər göstərir: 

"Uzun müddət işğal altında olan Qarabağ 6 il öncə Azərbaycan tərəfindən azad edildi və bu gün Zəngəzur Dəhlizi reallaşır. Zəngəzur Dəhlizinin açılması Orta Dəhrizin güclənməsi üçün böyük potensial yaradır".

Kazım Kazımov: Çinin iqtisadi artımı Orta Dəhrizin potensialını daha da gücləndirir

Həmsöhbətimiz deyib ki, Avropa və Asiya bazarlarının həcmi trilyonlarla dollarla ölçülür, yükdaşımalarının dəyəri isə 100 milyard dollar civarındadır: 

"Cənub Dəhlizində yaxın Şərqdəki münaqişələr, Şimal Dəhlizində isə Ukraynada gedən müharibə müəyyən çətinliklər yaradır".

Müsahibimiz əlavə edib ki, Türk Dövlətləri Təşkilatındakı əlaqələr, Azərbaycanın Avropa və Çin ilə əməkdaşlığı Qafqazdakı sülh prosesini, Türkiyənin terrorla mübarizədəki uğurlarını və Orta Asiyada sabit iqtisadi inkişafı dəstəkləyir:

"Eyni zamanda Çinin iqtisadi artımı Orta Dəhrizin potensialını daha da gücləndirir. Daşımalar üzrə mövcud statistik göstəricilər də bu tendensiyanı təsdiqləyir".

Əli Hüseynov


SON XƏBƏRLƏR