• Bakı C

    4.12 m/s

  • USD - 1.7

    EUR - 1.9921

    RUB - 2.187

Əli Əsədov qərar imzaladı

SİYASƏT

21 Yanvar 2026 | 15:46

Əli Əsədov qərar imzaladı

Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktlarının rəsmi dərc edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında 2012-ci il 11 aprel tarixli 80 nömrəli Qərarında dəyişiklik edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov qərar imzalayıb.

Dəyişikliklərə əsasən, qərara yeni 1-1-ci hissə əlavə edilib. Həmin hissəyə görə, bu Qərarda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə”nin 3.5-ci bəndinə uyğun edilə bilər.

Eyni zamanda, Nazirlər Kabinetinin aktlarının rəsmi dərc edilməsi Qaydasının 2-ci hissəsinin birinci cümləsindən “qəzeti” sözü çıxarılıb, həmçinin “Qeyd” hissəsi ləğv edilib.


SON XƏBƏRLƏR