• Bakı 24° C

    4.22 m/s

  • USD - 1.7

    EUR - 1.9834

    RUB - 2.0901

İncəsənət məktəb və mərkəzlərinə qəbulun nəticələri elan olundu

CƏMİYYƏT

06 Sentyabr 2025 | 12:06

İncəsənət məktəb və mərkəzlərinə qəbulun nəticələri elan olundu

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən musiqi, incəsənət məktəb və mərkəzlərinə I və VIII siniflər üzrə şagird qəbul imtahanlarının ixtisas və məktəb seçimi mərhələsinin nəticələri açıqlanıb.

Bu barədə Bakıvaxtı.az-a Mədəniyyət Nazirliyindən bildirilib.

Namizədlər nəticələrlə exam.culture.az portalı vasitəsilə tanış ola bilərlər.

Nəticələr elan olunduğu tarixdən etibarən 5 (beş) gün ərzində namizədlər “MyCulture” şəxsi kabineti üzərindən tələb olunan sənədləri qəbulu təsdiqləmək məqsədilə sistemə yükləməlidirlər.

️Yeni təhsil ilində bütün şagird və müəllimlərimizə uğurlar arzulayırıq.


SON XƏBƏRLƏR

05 Sentyabr 2025