"Araz-Naxçıvan" UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda məğlub olub.
Bakıvaxtı.az-ın məlumatına görə, Elmar Baxşıyevin baş məşqçisi olduğu komanda Bakıda Kiprin "Omoniya" kollektivini qəbul edib.
"Dalğa Arena"dakı qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 4:0.
Qonaqların heyətində Loizos Loizu 13 və 22-ci dəqiqələrdə fərqlənib. 55-ci dəqiqədə Evandro, 58-ci dəqiqədə 58-ci dəqiqədə Stefan Yovetiç adını tabloya yazdırıb.
Cavab görüşü avqustun 14-də Nikosiyada keçiriləcək.
Qeyd edək ki, cütün qalibi pley-offda PAOK (Yunanıstan) - "Volfsberger" (Avstriya) duelinin məğlubu ilə görüşəcək.
21:18
Bakıda "Araz-Naxçıvan" və Kiprin "Omoniya" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda dördüncü qol vurulub.
Bakıvaxtı.az-ın məlumatına görə, bu dəfə də qonaqlar sevinən tərəf olublar.
58-ci dəqiqədə Stefan Yovetiç fərdi daha da artırıb - 4:0.
21:16
Bakıda "Araz-Naxçıvan" və Kiprin "Omoniya" komandaları arasında keçiriləcən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda üçüncü qol vurulub.
Bakıvaxtı.az-ın məlumatına görə, qonaqlar növbəti dəfə fərqləniblər.
21:05
Bakıda "Araz-Naxçıvan" və Kiprin "Omoniya" komandaları arasında keçiriləcən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda ikinci hissə başlayıb.
Bakıvaxtı.az-ın məlumatına görə, qonaqlar hazırda 2:0 hesabı ilə öndədirlər.
Loizos Loizu 13 və 22-ci dəqiqələrdə fərqlənib.
20:46
Bakıda "Araz-Naxçıvan" və Kiprin "Omoniya" komandaları arasında keçiriləcən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda birinci hissə başa çatıb.
Bakıvaxtı.az-ın məlumatına görə, qonaqlar fasiləyə 2:0 hesabı ilə öndə yollanıblar.
Loizos Loizu 13 və 22-ci dəqiqələrdə fərqlənib.
20:23
Bakıda "Araz-Naxçıvan" və Kiprin "Omoniya" komandaları arasında keçiriləcən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda növbəti qol vurulub.
Bakıvaxtı.az-ın məlumatına görə, qonaqlar fərqi daha da artırıblar - 2:0.
Loizos Loizu 22-ci dəqiqədə dubl edib.
20:14
Bakıda "Araz-Naxçıvan" və Kiprin "Omoniya" komandaları arasında keçiriləcən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda hesab açılıb.
Bakıvaxtı.az-ın məlumatına görə, matçda ilk qolu qonaqlar vurublar.
13-cü dəqiqədə Loizos Loizu fərqlənib.
20:00
Bakıda "Araz-Naxçıvan" və Kiprin "Omoniya" komandaları arasında keçiriləcən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunu başlayıb.
Bakıvaxtı.az-ın məlumatına görə, "Dalğa Arena"dakı matç Bakı vaxtı ilə saat 20:00-da start götürüb.
Qarşılaşmanı çexiyalı FIFA referisi Andrjey Berka idarə edir.
Qeyd edək ki, cütün qalibi pley-offda PAOK (Yunanıstan) - "Volfsberger" (Avstriya) duelinin məğlubu ilə görüşəcək.