• Bakı 30° C

    4.74 m/s

  • USD - 1.7

    EUR - 1.9683

    RUB - 2.1256

Hərbçilərimiz Gürcüstanda NATO təlimində iştirak edib

CƏMİYYƏT

07 Avqust 2025 | 11:22

Hərbçilərimiz Gürcüstanda NATO təlimində iştirak edib

Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu Gürcüstanda keçirilən “Agile Spirit - 2025” təlimində müşahidəçi qismində iştirak edir.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, ilkin mərhələsi Gürcüstanın Vaziani və Norio Təlim mərkəzlərində kompüter dəstəkli komanda-qərargah təlimi kimi keçirilən “Agile Spirit - 2025”in hava desant birliklərinə aid komponenti isə Türkiyədə icra olunub.

Təlimin məqsədi Qara Dəniz regionunda sülh və sabitliyə töhfənin verilməsi, eləcə də ABŞ, NATO-ya üzv və tərəfdaş ölkələrin döyüş hazırlığının, qarşılıqlı uzlaşma və əməliyyat qabiliyyətlərinin artırılmasıdır.


SON XƏBƏRLƏR

06 Avqust 2025