Nümerologiyaya görə, bəzi insanlar doğulduqları tarixə əsasən sevgidə müxtəlif çətinliklərlə qarşılaşa bilərlər. Sevgi insan münasibətlərinin mürəkkəb palitrasında sehrini göstərir. Bəzi insanlar bu hissi asanlıqla yaşayır, digərləri isə tez-tez ürəkləri qırılmış halda qalırlar. Nümeroloqlar inandığa görə, doğum tarixi romantik həyata təsir göstərə bilər.
Bakıvaxtı.az lent.az-a istinadla bu tarixləri təqdim edir:
Qeyd: Astrologiya, nümerologiya, tarot, falçılıq, ekstrasensorika və oxşar praktikalar elmi fənlər deyil. Onlar qədim inanclara və şərhlərə əsaslanır, lakin elmi tədqiqatlarla təsdiqlənməyib. Bu məlumatlar əyləncə xarakteri daşıyır və həyati qərarlar üçün əsas sayılmamalıdır.
Doğum günü "4" (4, 13, 22, 31-də doğulanlar)
Belə insanların Raxu planetinin təsiri altında olduqları güman edilir. Onlar praktik və inadkar olurlar. Münasibətlərə emosiyadan çox, məntiq və praqmatika ilə yanaşırlar. Bu, bəzən partnyorun onlarda soyuqluq görməsinə səbəb olur və münasibətlərin pozulmasına gətirib çıxara bilir. Onların emosiyaları açıq ifadə edə bilməməsi bəzən qarşı tərəfdə sadiqliyə şübhə yaradır, bu isə xəyanətlə nəticələnə bilər.
Doğum günü "7" (7, 16, 25-də doğulanlar)
Bu tarixdə doğulanlar Ketu planetinin təsiri altında sayılır. Onlar daha çox daxilə qapanan, düşüncələrə dalan insanlardır. Emosional həssas olsalar da, hisslərini ifadə etməkdə çətinlik çəkirlər. Etimad qurmaq onlar üçün vaxt aparır. Bu tərəddüdlər isə münasibətlərdə ziddiyyətlər yarada bilər. Onlar tez emosional bağ qurduqları üçün ayrılıqlar böyük sarsıntılara səbəb olur.
Doğum günü "8" (8, 17, 26-da doğulanlar)
Saturunun təsiri altında olan bu insanlar çox vaxt özlərini karyeraya və şəxsi məqsədlərə həsr edirlər. Bu, münasibətlərə mənfi təsir göstərir. Onlar hər şeyi çox düşünür, emosiyalarını ifadə etməkdə çətinlik çəkirlər. Münasibətlərdə məntiqi yanaşma üstünlük təşkil etdikdə emosional bağ zəifləyir və əlaqələr tədricən pisləşir.
Doğum günü "9" (9, 18, 27-də doğulanlar)
Mars planetinin təsiri altında olan bu insanlar qayğıkeş və mərhəmətli olurlar. Lakin bu xüsusiyyət bəzən onların zəif nöqtəsinə çevrilir.
Onlar partnyorunun xoşbəxtliyini özlərindən üstün tutaraq, bəzən şəxsi sərhədlərini qorumurlar. Bu isə münasibətlərdə problemlər yarada bilər.